Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
# 19 iyul 2019 14:19 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayığının mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

DSX-dan APA-ya verilən xəbərə görə, qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb. Saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR