DSX-nın matrosunun intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 22 yanvar 2022 14:30 (UTC +04:00)

Yanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib, saat 11 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR