Dünən ictimai yerlərdə 4 koronavirus xəstəsi aşkarlanıb

Dünən ictimai yerlərdə 4 koronavirus xəstəsi aşkarlanıb
# 21 dekabr 2021 09:18 (UTC +04:00)

Dekabrın 20-də polis əməkdaşları tərəfindən respublika ərazisində ictimai yerlərdə 4 aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR