Duz gölünün yaxınlığında avtomobil aşıb, xəsarət alanlar var - FOTO - VİDEO

Duz gölünün yaxınlığında avtomobil aşıb, xəsarət alanlar var - FOTO  - VİDEO
# 03 oktyabr 2022 23:28 (UTC +04:00)

Abşeron rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsində Duz gölünün yaxınlığında baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən “Mercedes”in sürücüsü sükana nəzarəti itirib.

Maşın əvvəlcə işıq dırəyinə daha sonra gölün mühafizəsi üçün qurulan dəmir arakəsməyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü və sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR