DYP Anım Günü ilə bağlı müraciət edib

DYP Anım Günü ilə bağlı müraciət edib
# 26 sentyabr 2023 17:45 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət edib.

Bu barədə APA-ya idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidmət təşkil edəcək:

“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlsinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilər isə avtomobillərini yolun hərəkət istiqamətində saxlamasınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR