DYP Bakıda azyaşlının əsas yolda motosiklet sürməsinə münasibət bildirib - VİDEO

DYP Bakıda azyaşlının əsas yolda motosiklet sürməsinə münasibət bildirib - VİDEO
# 18 yanvar 2023 13:02 (UTC +04:00)

Sosial şəbəkələrdə Bakıda azyaşlının motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.

APA xəbər verir ki, görüntülərin Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində lentə alındığı bildirilir.

Görüntülərdə 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək: “Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR