DYP: Bayram günlərində 47 yol qəzası olub, 12 nəfər ölüb

DYP: Bayram günlərində 47 yol qəzası olub, 12 nəfər ölüb
# 05 yanvar 2022 17:52 (UTC +04:00)

Beş qeyri-iş günündə respublikanın avtomobil yollarında ölümlə və xəsarətlə nəticələnən 47 yol-nəqliyyat hadisəsi baş verib.

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O bildirib ki, maneəyə vurma nəticəsində 3 nəfər, toqquşma nəticəsində 1 nəfər, piyada vurma nəticəsində 3 nəfər, aşma nəticəsində isə 5 nəfər həyatını itirib.

“Vətəndaşlarımıza, sürücülərə müraciət edərək bildiririk ki, günündən, saatından asılı olmayaraq hər bir yol iştirakçısı hüquq və vəzifələrinə riayət etməli, özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmamalıdır”, - M. Ağayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR