DYP: Cavanşir körpüsünün altından geridönmə bərpa olunub - VİDEO

DYP: Cavanşir körpüsünün altından geridönmə bərpa olunub - VİDEO
# 14 noyabr 2022 09:55 (UTC +04:00)

Bakıda bina söküntüsü ilə əlaqədar bağlanan yol açılıb.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, Yusif Səfərov küçəsinin başlanğıcında yaşayış binasının söküntüsü ilə bağlı hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Cavanşir körpüsünün altından geri dönmə müvəqqəti məhdudlaşdırılıb: “Hazırda söküntü işlər başa çatdığından körpünün altından geri dönmə bərpa olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR