DYP moped və motosiklet sürücülərinə xəbərdarlıq edib

DYP moped və motosiklet sürücülərinə xəbərdarlıq edib
# 23 may 2023 13:58 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib.

Bunu APA-ya Bakı şəhər DYPİ-nin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib.

Müraciətdə deyilir ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçdiyi dövrdə bəzi moped və motosiklet idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşması, xüsusən də dəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb.

Qeyd edilib ki, moto dəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır, bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır: “Bütün moped və moto idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik”.

Müraciətdə deyilir ki, moto dəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur: “Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhlükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR