Əfv komissiyasının iclası keçirilib - YENİLƏNİB

Əfv komissiyasının iclası keçirilib - YENİLƏNİB
# 29 aprel 2022 17:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verilib.

O bildirib ki, bu gün iclasda 100-dən artıq müraciətə baxılıb. Növbəti iclas gələn həftə keçiriləcək.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Ötən iclasda 100-dən artıq müraciətə baxılıb.

***

15.01

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.

APA xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Ötən iclasda 100-dən artıq müraciətə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR