Əfv sərəncamı ümumilikdə 213 nəfərə şamil olunub

Əfv sərəncamı ümumilikdə 213 nəfərə şamil olunub
# 27 may 2022 18:46 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

APA xəbər verir Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.

Əfv olunan şəxslər arasında 3 nəfər jurnalist və bloqer, 3 nəfər siyasi partiya üzvü var.

Əfv Sərəncamı 2018-ci il 10 iyul tarixində Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən 20 nəfərə də şamil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR