Elçi göndərdiyi qızı öldürüb, anasını yaralayan şəxsin şikayəti təmin edilməyib

Elçi göndərdiyi qızı öldürüb, anasını yaralayan şəxsin şikayəti təmin edilməyib
# 12 iyul 2019 10:53 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində bir nəfəri öldürüb, bir nəfəri yaralamaqda təqsirləndirilən Sabir Qədimov barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, S. Qədimovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl ötən il Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. İlkin məlumata görə, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Amma məhkəmədə məlum olub ki, Sabir Qədimov mərhumun evinə elçi kimi yox, Aytənlə mübahisə etməyə gəlibmiş. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək təkrar A.Cəfərovanın yaşadığı evə gəlib. S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova sağ yanağından, əlindən, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb.
Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Cərrahi əməliyyatla E. Cəfərovanın həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.
A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qədirov 19 il müddətinə azadlıqdan məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR