Elçin Quliyevlə İsrailin müdafiə naziri sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsini müzakirə edib

Elçin Quliyevlə İsrailin müdafiə naziri sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsini müzakirə edib
# 01 fevral 2023 12:17 (UTC +04:00)

Fevralın 1-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub.

DSX-nın Mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə cənab Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə etmiş, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR