Ələt-Astara magistral yolunda qəza baş verib, ölən var - FOTO - YENİLƏNİB 1 - VİDEO

Ələt-Astara magistral yolunda qəza baş verib, ölən var - FOTO  - YENİLƏNİB 1  - VİDEO
# 09 yanvar 2023 10:19 (UTC +04:00)

Salyanda iki "Kamaz" markalı maşının toqquşması nəticəsində ölən sərnişinin şəxsiyyəti müəyyənləşib.

APA-nın xəbərinə görə, qəzada ölən şəxs Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Kiçibəyov Rahid Elibəyi oğludur. Qəzada xəsarət alan sürücü isə hazırda komadadır.

***

08:58

Salyanda iki "Kamaz" markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu açıb, un kisələri yola tökülüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

***

08.03

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük maşınlarının toqquşması nəticəsində sürücü ölüb, sərnişin isə komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR