Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum olub

Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum olub
# 26 mart 2023 09:14 (UTC +04:00)

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR