Ələtdə avtomobil aşıb, 74 yaşlı sərnişin yanaraq ölüb - VİDEO

Ələtdə avtomobil aşıb, 74 yaşlı sərnişin yanaraq ölüb - VİDEO
# 07 noyabr 2022 17:18 (UTC +04:00)

Bakı-Astara avtomobil yolunun Ələt qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.

APA xəbər verir ki, Salyan sakini Səid İmanovun idarə etdiyi etdiyi "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb. Daha sonra avtomobil yanıb.

Hadisə nəticəsində avtomobildə olan 74 yaşlı sərnişin, sürücünün atası Fəxrəddin İmanov yanaraq ölüb. Sürücü isə avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F. İmanov Salyan güləş məktəbinin banisi və uzun illər güləş məşqçisi olub.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR