Ələtdə mikroavtobus "KamAZ"a çırpılıb, xəsarət alan var - FOTO

Bakı-Qazax magistralında yol qəzası

© APA | Bakı-Qazax magistralında yol qəzası

# 20 aprel 2022 15:44 (UTC +04:00)

Bakı-Qazax magistralında yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə magistralın Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Volkswagen" markalı xidməti mikroavtobus yüklü olan "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə Bakı sakini, 1979-cu il təvəllüdlü Qəribov Zöhrab Ələddin oğlu xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR