Əməliyyat keçirilib, 19 kq narkotik aşkar edilib - FOTO

Polis və Pentensiar Xidmət əməliyyat keçirib, 19 kq narkotik aşkar edilib

© APA | Polis və Pentensiar Xidmət əməliyyat keçirib, 19 kq narkotik aşkar edilib

# 14 may 2022 14:12 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis idarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Pentensiar Xidmətdən APA-ya verilən xəbərə görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu parkı yaşayış kompleksində yolun kənarında köhnə dəmir su çəninin içərisində gizlədilmiş kisədə ümumi çəkisi 19 kiloqram 100 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR