Əmircanda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Əmircanda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 07 iyul 2022 11:12 (UTC +04:00)

Bakıda tanışını qətlə yetirən şəxsin cinayət işi üzrə istintaq başa çatıb.

Suraxanı raon prokurorluğundan APA-ya verilən xəbərə görə, bu il martın 29-da Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin tanışı, 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə yaşadıqları mənzildə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ravil Baybəyova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR