Əmisinin maşını ilə xuliqanlıq edən yeniyetmə cərimələnib

Əmisinin maşını ilə xuliqanlıq edən yeniyetmə cərimələnib
# 18 yanvar 2023 11:06 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını və ictimai asayişi kobud şəkildə pozan şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Əmrah Qədimalıyev sürücülük hüququ olmadan idarə etdiyi əmisinə məxsus “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək qaydaları kobud şəkildə pozub. Yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü əməllərini davam etdirib və digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.
Görülmüş tədbirlərlə həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Əmrah Qədimalıyev 500 manat məbləğində cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR