Ərini boyunbağı ilə boğaraq öldürən qadına hökm oxunub

Ərini boyunbağı ilə boğaraq öldürən qadına hökm oxunub
# 15 iyul 2022 14:54 (UTC +04:00)

Bakıda ərini öldürməkdə təqsirləndirilən İnessa İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İnessa İsmayılova 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova, həyat yoldaşı 1952-ci il təvəllüdlü Rəşid Axundovu boğaraq qətlə yetirib.

Belə ki, qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR