Ermənistanın mülki əhaliyə qarşı cinayətləri İlə bağlı Azərbaycanın AİHM-nə şikayətləri icraat mərhələsindədir

Çingiz Əsgərov

© APA | Çingiz Əsgərov

# 18 yanvar 2022 11:55 (UTC +04:00)

"İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlə bağlı Avropa İnsan Haqları məhkəməsinə şikayətlər verib: "Azərbaycan dövləti bu cür şikayətlərin göndərilməsini hər zaman təşkil edib. Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaq məhkəməyə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir".

O qeyd edib ki, Vətən müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin icraatında ilkin mərhələdədir: "Azərbaycan tərəfindən mövqe gələn ay Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR