Ermənistanın törətdiyi cinayətlərlə bağlı başlanan cinayət işlərinin bəziləri üzrə icraat dayandırılıb

Baş Prokuror Kamran Əliyev

© APA | Baş Prokuror Kamran Əliyev

# 24 yanvar 2022 11:02 (UTC +04:00)

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı başlanılan cinayət işlərinin bəziləri ilə əlaqədar icraat dayandırılıb.

APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

O bildirib ki, həmin cinayət işləri üzrə Ermənistan vətəndaşları axtarışa verilib, bütün istintaq hərəkətləri həyata keçirilib: “Bu səbəbdən hazırda həmin cinayət işləri ilə bağlı icraat dayandırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR