Ərzaq mağazasında pirotexniki vasitə satan şəxslər saxlanılıb

Ərzaq mağazasında pirotexniki vasitə satan şəxslər saxlanılıb

© APA | Ərzaq mağazasında pirotexniki vasitə satan şəxslər saxlanılıb

# 30 dekabr 2021 10:26 (UTC +04:00)

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ərzaq mağazasında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində Aydın Qurbanovun işlətdiyi mağazada gizli şəkildə pirotexniki vasitələr satılması barədə məlumat daxil olub. Obyektə baxış zamanı oradan partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini Bəkir Əmişov saxlanılıb. Onun fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində protokollar tərtib olunub və baxılması üçün rayon məhkəmələrinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR