“EuroHome”da mağaza sahibi qohumlarını öldürən qardaşlar tutulub - YENİLƏNİB - VİDEO

“EuroHome”da mağaza sahibi qohumlarını öldürən qardaşlar tutulub - YENİLƏNİB  - VİDEO
# 19 iyul 2022 09:56 (UTC +04:00)

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaq davam edir.

***

09:37

Bakı-Sumqayıt şosesində yerləşən “EuroHome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan dükan sahibini qətlə yetirən şəxslər tutulub.

APA xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlunu qətlə yetirməkdə şübhəli bilinən Vüsal və Rafayıl Yusibov qardaşları tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR