Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb - VİDEO

Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb - VİDEO
# 07 yanvar 2022 10:56 (UTC +04:00)

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 yaşayış evindən oğurluq edən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndi ərazisindəki evlərdən birindən 1800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Paşayev tutulub.

Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, H. Paşayevin müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 yaşayış evindən məişət əşyaları oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onun gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR