Əvvəllər məhkum olunan şəxslər evlərdən oğurluq edib

Əvvəllər məhkum olunan şəxslər evlərdən oğurluq edib
# 01 yanvar 2022 12:15 (UTC +04:00)

Bakıda əvvəllər məhkum olunmuş şəxslər evlərdən oğurluq edib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində T.Nadirova məxsus torpaq sahəsindən 1440 metr armatur, 4 evdən kombi, radiator, velosiped, televizor, naqil, təmir-tikinti alətləri və kamera yaddaş bloku oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini A.Ağarzalı və Ağdam rayon sakinləri, əvvəllər məhkum olunan A.Mustafayev və Ş.Əhmədov saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR