Federasiya əməkdaşını döyərək öldürən şəxslərə hökm oxunub

Təqsirləndirilən şəxslər

© APA | Təqsirləndirilən şəxslər

# 16 sentyabr 2022 12:23 (UTC +04:00)

Avtomobil Federasiyasının əməkdaşı Səxavət Məmmədovu döyərək öldürən Nurlan Canıyev, Kamandar Məmmədov və Mais Abıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Nurlan Canıyev 11 il, Kamandar Məmmədov və Mais Abıyev isə 3 il azadlıqdan məhrum olunublar.

Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında qeydə alınıb.

Səxavət Məmmədov hadisə baş verən gün axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən 20 Yanvar dairəsi yaxınlığında digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib, avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirib.

Hücuma məruz qalan Səxavət Məmmədov hadisə yerində ölüb. Hadisə yerindən qaçan 3 nəfər şəxs - "Chevrolet" markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Kamran Əlmərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR