Fermadan 73 baş heyvan oğurlanıb

Fermadan 73 baş heyvan oğurlanıb
# 22 noyabr 2022 14:00 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da saat Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR