FHN: 109 yanğına çıxış olub, 14 nəfər xilas edilib

FHN: 109 yanğına çıxış olub, 14 nəfər xilas edilib
# 15 iyul 2022 11:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 109 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən “Mərdəkan”, “Türkan”, “Mingəçevir” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi olan 3 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib. Həmçinin, Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışına dalğıc-axtarış qrupu cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR