FHN Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB - FOTO

FHN Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB  - FOTO
# 29 mart 2023 23:05 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın yanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 23:05

Bakıda yaşayış binasında yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Elşən Yəhyayev

***

Saat 22:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR