FHN: Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

FHN: Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub
# 07 avqust 2022 23:00 (UTC +04:00)

Bu gün batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən ”Görədil” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", “Görədil” və "Astara" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR