FHN: Bu il attraksionlarda xəsarət alan olmayıb - FOTO

Sahil Mənsimov

© APA | Sahil Mənsimov

# 03 iyun 2022 12:21 (UTC +04:00)

"Attraksionlar ildə ən azı bir dəfə yoxlanılır. Tərəfimizdən attraksionların hər birinə ayrılıqda baxış keçirilir və bütün atraksionların qeydiyyatı aparılır".

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov bildirib.

Sahil Mənsimov deyib ki, hansısa qəzalı vəziyyət olduqda dərhal müdaxilə edilir və problem aradan qaldırıldıqdan sonra insanların istifadəsinə verilir: “Eyni zamanda, attraksionlarda fəaliyyət göstərən işçilərin bilikləri yoxlanılır, müayinədən keçirilir, daha sonra isə onlara sertifikatlar təqdim olunur".

Onun sözlərinə görə, ötən ay, ümumiyyətlə, bu il boyu attraksionlarda xəsarət alan olmayıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR