FHN: Bu ilin 5 ayında 680 yanğın hadisəsi qeydə alınıb

FHN: Bu ilin 5 ayında 680 yanğın hadisəsi qeydə alınıb
# 04 iyul 2022 13:41 (UTC +04:00)

2022-ci ilin ilk 5 ayı ərzində ümumilikdə 680 yanğın hadisəsi qeydə alınıb.

Bu barəda APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov məlumat verib.

O bildirib ki, 2021-ci ilin analoji dövründə 825 belə hadisə olub. Beləliklə, ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğın hadisələrinin sayında 145 fakt və ya 17, 6 faiz azalma qeyd alınıb. Ötən ilin ilk 5 ayı ərzində yanğınlar nəticəsində dəymiş ziyanın məbləği 7 835 336 AZN olubsa, bu il baş vermiş oxşar hadisələr nəticəsində dəyən ziyanın məbləği 6 314 677 AZN olub. Beləliklə, 1 520 659 AZN və ya 19,4 faiz azalma qeydə alınıb.

Məlumata görə, meşə və meşə talalarında ötən ilin ilk 5 ayı ərzində 20 yanğın hadisəsi qeydə alınmışdısa, bu il bu rəqəm 13 olub və 35 faiz azalma qeydə alınıb. 2021-ci ilin ilk 5 ayında açıq sahələrdə (əkin, meyvə bağları, ot tayaları) texnogen mənşəli yanğınların sayı 17, bu ilin müvafiq dövründə isə 10 fakt olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd edilən sahələrdə yanğınların sayında 41 faiz azalma müşahidə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR