FHN Cəlilabadda 12 ailənin yaşadığı binadakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Cəlilabadda 12 ailənin yaşadığı binadakı yanğınla bağlı məlumat yayıb  - YENİLƏNİB
# 26 mart 2023 23:30 (UTC +04:00)

Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

"Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.

***

Saat 23:06

Cəlilabad rayonunda 12 ailənin yaşadığı binada yanğın olub.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Yanğın ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucovaya məxsus mənzildə başlayıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.

Sakinlər binadan təxliyyə ediliblər. Qısa müddət ərzində yanğın tam söndürülüb.

İlkin məlumata görə, yanğın nəticəsində 30 kvadratmetr ərazi yanıb.

Hadisə vaxtı ev sahibi mənzildə olmayıb.

Yanğına elektrik xəttlərində baş verən qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR