FHN əməkdaşları 14 nəfərin həyatını xilas edib

FHN əməkdaşları 14 nəfərin həyatını xilas edib
# 18 iyul 2019 22:16 (UTC +04:00)


Bu gün Mingəçevir, Yevlax, Şirvan, Qızılqum, Bilgəh, Nardaran çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 14 nəfər çimərkən batma təhlükəsilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR