FHN əməkdaşları intiharın qarşısını alıb

FHN əməkdaşları intiharın qarşısını alıb
# 08 noyabr 2019 06:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən APA-ya verilən məlumata görə, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR