FHN əməliyyat görüntüləri yayıb - VİDEO

FHN əməliyyat görüntüləri yayıb - VİDEO
# 09 avqust 2022 10:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda mobil rabitə operatorun qülləsinə çıxaraq intihara cəhd edən 1 nəfər və Masallı rayonunun Öncəqala kəndində su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalmış 1 nəfər azyaşlı xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR