FHN: Gəncədə su basan ərazilərdə tədbirlər davam etdirilir - VİDEO

FHN: Gəncədə su basan ərazilərdə tədbirlər davam etdirilir - VİDEO
# 26 may 2023 17:56 (UTC +04:00)

İntensiv yağışlarla əlaqədar Gəncə şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR