FHN hindistanlı turistin axtarışı barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 03 iyun 2022 10:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonu ərazisində itkin düşən Hindistan vətəndaşının axtarışı barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub. M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar FHN və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR