FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib
# 22 noyabr 2019 18:41 (UTC +04:00)

Noyabrın 21-22-də Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, “Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) Beynəlxalq humanitar əməliyyatlarda iştirakı zamanı fəaliyyətin təşkili” mövzusunda keçirilən təlimin məqsədi Dəstənin şəxsi heyətinə Birəşmiş Millətlər Təşkilatının Humanitar Əməliyyatları Əlaqələndirmə Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təlimatlarına uyğun fəaliyyət sahəsində bilik və bacarıqlarının artırılmasını təşkil etməkdir. Bundan əlavə Dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində təcrübələrinin artırılması da qarşıya qoyulan əsas məqsədlərdən olub.

Əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Tədbirdə təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunması və mövcud vəzifələrin layiqincə yerinə yetirilməsi üçün müvafiq təlimat və tapşırıqlar verilib. Toplantı zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonra Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, KİV-lə qarşılıqlı əlaqənin təşkili üzrə tədbirlər yerinə yetirilib. Təlimdə xilasetmə texnika və avadanlıqlarının tətbiqi, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR