FHN-in xilasediciləri tərəfindən 26 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

FHN-in xilasediciləri tərəfindən 26 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO
# 08 fevral 2023 13:28 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR