FHN kapitanının minaya düşməsi faktı ilə bağlı cinayət işi açılıb

FHN kapitanının minaya düşməsi faktı ilə bağlı cinayət işi açılıb
# 16 may 2022 15:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının minaya düşməsi faktı ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya bildiriblər ki, FHN zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR