FHN nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - FOTO

FHN nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - FOTO
# 06 iyul 2022 10:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” söndürülüb, deformasiyaya uğramış avtomobildən “zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib”.

Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR