FHN: Ötən gün 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

FHN: Ötən gün 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib
# 28 yanvar 2023 10:46 (UTC +04:00)

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyi 25 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, Suraxanı və Yasamal rayonlarında bağlı qapı arxasında aşkar olunan 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR