FHN: Ötən gün 54 yanğına çıxış olub

FHN: Ötən gün 54 yanğına çıxış olub
# 04 avqust 2022 10:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğın və 1 partlayışa çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, Şamaxı rayonunda “Shacman” markalı yük avtomobilinin aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Həmçinin, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bina sakinləri təxliyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR