FHN: Ötən sutka 137 yanğına çıxış olub

FHN: Ötən sutka 137 yanğına çıxış olub
# 14 iyul 2022 10:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 137 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib. Həmçinin, Bakı-Qazax avtomobil yolunda “DAF” markalı yük, “Mercedes” və "ВАЗ" markalı minik avtomobillərinin toqquşması nəticəsində deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1978-ci il təvəllüdlü Sadıqov İlham Əli oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR