FHN: Ötən sutka 14 yanğına çıxış olub

FHN:  Ötən sutka 14 yanğına çıxış olub
# 13 may 2022 10:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən Səbail və Qaradağ rayonlarının ərazisində intihar məqsədilə özünü dənizə atan 2 nəfər xilas edilib.

Həmçinin, Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batmış 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində aşkarlanaraq çıxarılıb.

Bundan başqa, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 10 km aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR