FHN: Ötən sutka 14 yanğına çıxış olub

FHN: Ötən sutka 14 yanğına çıxış olub
# 18 noyabr 2022 10:42 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib, Tərtər rayonunun Hacıqərvənd kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər çıxarılıb, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR