FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib

FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib
# 02 fevral 2023 10:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib, Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi nəticəsində 1 nəfər yanıq xəsarətləri alıb. Həmçinin, Qaradağ rayonunda dəmir yolu xəttində qatarın altında qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR